Meksikada mitinqdə səhnə uçub. Doqquz nəfər ölüb - video

Meksikanın Nuevo-Leon ştatında prezidentliyə namizəd Xorxe Maynesin seçkiqabağı kampaniyası zamanı səhnə uçub. “Reuters” agentliyinin ştatın qubernatoru Samuel Qarsiyaya istinadən verdiyi məlumata görə, biri uşaq olmaqla 9 nəfər həlak olub, 50-yə yaxın insan yaralanıb.

Maynes xəsarət almayıb, o, tibbi müayinədən sonra hadisə yerinə qayıdıb və jurnalistlərlə görüşüb. Meksika prezidentliyinə namizədin sözlərinə görə, səhnə konstruksiyaları küləyə görə dağılıb.

Maynes insidentlə əlaqədar olaraq seçki kampaniyasını müvəqqəti dayandırdığını bildirib və qeyd edib ki, hadisənin baş vermə şəraiti ilə bağlı hərtərəfli təhqiqat aparılacaq.

Xorxe Maynes mərkəzçi Vətəndaş Hərəkatı adından Meksikanın prezidentliyinə namizədliyini irəli sürür. Son rəy sorğularına görə, Meyn üçüncü ən populyar namizəddir.

Meksikada prezident seçkiləri iyunun 2-də keçiriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ