Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini saxlanılıb

Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi, Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini saxlayıb. 

Bu barədə “Kommersant” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlumatı “İnterfaks”dakı mənbə də təsdiqləyib.

“Kommersant” xəbər verir ki, Şamarin dələduzluq ittihamı ilə açılmış cinayət işi çərçivəsində saxlanılıb. General axtarışa verilib, daha sonra İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə dindirilmək üçün aparılıb.

İşə 235-ci qarnizon hərbi məhkəməsində baxılır.

Bundan əvvəl müdafiə nazirinin müavini Timur İvanov və Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi general-leytenant Yuri Kuznetsov həbs ediliblər. Onlar xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ