Rusiya Ukraynada daha bir kəndi işğal etdi

Rusiya qoşunları Donetsk vilayətinin Kleşeyevka kəndini ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında deyilir.

Kleşeyevka kəndi Baxmutdan bir neçə kilometr aralıda yerləşir.

Mayın 21-də axşam saatlarında Rusiyanın “hərbi müxbiri” Yuri Kotyonok yazıb ki, RF ordusu “Kleşeyevkanın cənubundakı yüksəklikləri kəndin özünü” ələ keçirib. Onun sözlərinə görə, Ukrayna qoşunları “Severski Donets-Donetsk kanalının arxasına çəkilib”.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mayın 21-i axşama olan hesabatında deyilir ki, Rusiya qoşunları Kleşeyevka ərazisində hücuma keçib. Məlumatda həmçinin ​​qeyd olunub ki, Kramatorsk istiqamətində Rusiya ordusu taktiki vəziyyəti yaxşılaşdırmağa çalışır, Kleşeyevka istiqamətində də hücumlar həyata keçirilir, lakin vəziyyət “nəzarət altındadır”. Mayın 22-də dərc olunan gündəlik hesabatda Kleşeyevka haqqında heç nə deyilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ