2024-cü ildə Malmödə keçirilən “Avroviziya” müsabiqəsi ənənəvi ailə dəyərlərinə təhlükə yaradır. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.
“[İsveçdə] “Avroviziya” mahnı müsabiqəsində biz deseksuallaşdırma siyasəti kimi bir fenomenin qlobal şəkildə tətbiq edilməsinin şahidi olduq. Aydındır ki, gənclərə tətbiq edilən qəribə tiplər sosial deqradasiyanın “Troya atı”dır. Hər kəs bunun şüurlu siyasət olduğunu anlayır”, - Ərdoğan sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Onun sözlərinə görə, müsabiqədə baş verənlərin “şüurlu siyasət” olduğunu hamı başa düşür.
“Son 10-12 ildə Türkiyəni bu rüsvayçılıqdan qorumaqla verdiyimiz qərarın nə qədər düzgün olduğunu görürük”, deyə o bildirib.