Rəisinin helikopteri uçuş üçün yararsız idi - alman ekspert

Qəzaya uğrayan İran prezidentinin helikopteri uçuş üçün yararsız olub. Bu barədə “Bild” nəşrinin açıq məlumatların təhlili üzrə ekspert Yulian Röpke yazıb.

Jurnalistin özü həvəskar pilot kimi kiçik təyyarələri idarə edir. Onun sözlərinə görə, İbrahim Rəisi 1990-cı illərdə istehsal edilmiş ABŞ-ın “Bell 212” helikopterində uçurdu. Helikopter çətin hava şəraitində uçuş üçün yararsız idi və bu, ekipaj və sərnişinlər üçün “özünəqəsd” oldu.

“Əgər hesabatlar doğrudursa, Rəisi vizual uçuş qaydalarına açıq şəkildə uyğun gəlməyən hava şəraitində “Bell 212” ilə uçurdu. Sadəcə intihardır. <...> Helikopter çətin hava şəraitində uçuşlar üçün yararsız idi. Helikopter əvvəlcə İran Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilib, lakin sonradan ona mülki görünüş vermək üçün yenidən rənglənib”, - Röpke yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ