Ermənistanın yeni “məsihi” qadınlarla əyləncədə çəkilən görüntüsü barədə danışıb

İnternetdə Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan birmənalı qarşılanmayan fotoları yayılıb. Kadrlarda erməni xalqının yeni “məsihi” iki qadınla ziyafət zamanı əks olunub.

Fotoya şərh verməyə tələsən arxiyepiskop vəziyyətdən çıxış yolu kimi erməni xalqının yarısını təhqir etməyi seçib:

“Siz axmaqsınız... Mən sizə bu fotolardan daha çoxunu göstərəcəyəm. Bu, Yeni il şənliyidir. Siz özünüzün “ziyafətdən” olan fotolarınızı paylaşın”, - deyə o bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ