Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.
Fotonu jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşıb.
Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.
Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.