Türkiyədə Səlahəddin Dəmirtaşa hökm oxundu

Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub.

Səlahəddin Dəmirtaş 42 il müddətinə azadlıqdan məhrum edilib.

Onunla yanaşı “Kobani hadisələri”ndə təqsirləndirilənlər - PKK-nın siyasi qolu HDP-nin həmsədrləri Səlahəddin Dəmirtaş 28 il 6 ay, Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar.

Qeyd edək ki, 2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis əməkdaşı ölüb, 460 insan yaralanıb. Bu işlə əlaqədar 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ