Rusiyanın İrkutsk vilayətində İrkutsk-Yakutsk reysini yerinə yetirən AN-12 təyyarəsi qəzaya uğrayıb.
Вuta.media TASS-a istinadən xəbər verir ki, hadisə Pivovarixa kəndi yaxınlığında baş verib.
Eniş edən təyyarə ikinci dövrəyə daxil olub və radarlardan itib.
Qəzaya uğrayan təyyarənin Belarusun “Qrodno” aviaşirkətinə məxsus olduğu bildirilir.
Təyyarədə olanların hamısı ölüb
Rusiya FHN-nin məlumatına əsasən, təyyarədə yeddi nəfər olub. Onların hamısının aviaqəza zamanı öldüyü qeyd edilir.
Ekipaj ikinci dövrəyə getməyin zəruriliyini məruzə edib
AN-12 təyyarəsinin ekipaji eniş etməzdən əvvəl dispetçerə ikinci dövrəyə getməyin lazım olduğu barədə məlumat verib.