Slovakiyanın baş naziri Robert Fitso sui-qəsd nəticəsində yaralanıb - video

Slovakiyanın baş naziri Robert Fitso ölkənin Nazirlər Kabinetinin iclasından sonra baş verən atışmada yaralanıb.

Cinayətkar Qandlova şəhərində Fitsoya hücum edib. Şahidlərin sözlərinə görə, Fitso hökumətin iclasından sonra yerli sakinlərə yaxınlaşıb, daha sonra bir neçə atəş səsi eşidilib. KİV-in məlumatına görə, baş nazir döş qəfəsindən və qarın nahiyəsindən yaralanıb. Hücumdan sonra lentə alınan videonu HNonline.sk saytı dərc edib.

Polis hücumdan dərhal sonra şübhəli şəxsi saxlayıb.

Yaralı baş nazir helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Robert Fitso 2023-cü ilin oktyabrında Slovakiyanın baş naziri vəzifəsini tutur. Seçki kampaniyası zamanı Robert Fitso Ukraynaya hərbi yardıma qarşı çıxacağını vəd etmişdi.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ