Ukrayna niyə Rusiyanı vura bilmir?

Ukrayna rəsmiləri növbəti dəfə ABŞ administrasiyasını Rusiyadakı hədəflərə zərbələr endirmək üçün ABŞ istehsalı olan silahlardan istifadəyə qoyulan qadağanı ləğv etməyə inandırmağa çalışırlar. Bu barədə “Politico” məlumat yayıb.

Bu qadağa Ukrayna tərəfinə Xarkov yaxınlığında Rusiya Silahlı Qüvvələrinin arxada yerləşən bölmələrini atəşə tutmağa imkan vermir.

Nəşrin məlumatına görə, bir qrup ukraynalı parlamentari Konqresdən kömək istəmək üçün Vaşinqtona yollanıb. Onların fikrincə, bu qadağa Ukraynanın sərhəddən Rusiya hərbi anbarlarına zərbə endirmək imkanını məhdudlaşdırır.

Bayden administrasiyası Ukraynaya uzaqmənzilli silahları Rusiya ərazisinə zərbə endirməmək şərti ilə verib. Nəşr yazır ki, Rusiya buna görə sərhəddə 30 minə yaxın hərbi qulluqçu və texnika cəmləşdirə bilib. Ukrayna həftələrlə Rusiya qoşunlarının sərhəd yaxınlığında cəmləşdiyini izləyib, lakin Vaşinqtonun siyasətinə görə, ABŞ-ın təchiz etdiyi ATACMS ballistik raketlərindən istifadə edə bilməyib. Bu silahlar yalnız Ukrayna ərazisindəki RF qoşunlarına hücum etmək üçün verilib.

“Politico” iki ABŞ rəsmisinə istinadən yazır ki, Bayden administrasiyasının siyasəti dəyişməyib.

“Yardım Rusiyaya hücum deyil, müdafiə əməliyyatları üçün nəzərdə tutulub”, - deyə məmurlardan biri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ