Belqorodda dağılmış binanın altından 15 nəfərin cəsədi çıxarılıb - video

Rusiyanın Belqorod şəhərində partlayış nəticəsində girişi uçan yaşayış binasının dağıntıları altında axtırşlar başa çatıb. Regionun qubernatoru Vyaçeslav Qladkov mayın 13-də səhər saatlarında bildirib ki, xilasedicilər dağıntılar altından 15 cəsəd çıxarıblar.

Qladkovun sözlərinə görə, şəhərdə cəmi bir gündə hücumlar nəticəsində 19 nəfər həlak olub. Yaşayış binasının dağılmasının qurbanı olan 15 nəfərdən əlavə, Belqorodun axşam saatlarında atəşə tutulması zamanı daha 3 dinc sakin ölüb. Bundan başqa, mayın 11-i şənbə günü xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.

Qladkov bildirib ki, ev uçarkən 27 nəfər xəsarət alıb. Onlardan 10-na ambulator yardım göstərilib, altısı federal klinikalara göndərilməyə hazırlanır. Yaralılar arasında qadın və ay yarımlıq körpəsi də var. Qubernator daha 11 nəfərin yerli xəstəxanalarda qaldığını bildirib.⠀

Dağılan evin 36 sakini müvəqqəti məskunlaşma mərkəzlərindədir. Qladkov söz verib ki, operativ qərargah mənzillərini itirmiş şəxslərə dəstək tədbirlərini müzakirə edəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ