Rusiya Ukraynada daha kəndi işğal etdi

Rusiyanın “Şimal” qoşun qrupunun bölmələri bir gündə dörd yaşayış məntəqəsini - Qatişe, Krasnoye, Moroxovets və Oleynikovo kəndlərini ələ keçirərək Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarıblar. Bu barədə Rusiya Müdafiə Nazirliyi mayın 12-nə olan hesabatında məlumat verib.

Rusiya MN-nin iddiasına görə, Rusiya qoşunları Deqtyarnoye, Volçansk və Kazaçya Lopan yaşayış məntəqələri ərazisində Ukrayna Silahlı Qüvvələrinin üç briqadasının canlı qüvvəsini və texnikasını darmadağın edib. Nazirlik əlavə edib ki, gün ərzində Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə itkiləri 100-dək hərbi qulluqçu, iki tank, bir “Kozak” zirehli döyüş maşını və dörd avtomobil təşkil edib.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində daha beş yaşayış məntəqəsinin - Borisovka, Oqurtsovo, Pletyonevka, Pılnaya və Streleçya kəndlərinin ələ keçirildiyini açıqlayıb.

Mayın 12-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski bu həftə Xarkov vilayətində vəziyyətin xeyli pisləşdiyini bildirib.

“Hazırda Rusiya Federasiyası ilə dövlət sərhədi boyunca ərazilərdə döyüşlər davam edir. Vəziyyət çətindir, lakin Ukrayna Müdafiə Qüvvələri müdafiə xətlərini və mövqelərini saxlamaq və düşməni məğlub etmək üçün hər şeyi edir”, - Sırski öz Telegram kanalında yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ