Ukrayna Ordusu Rusiyanın Belqorod şəhərinə zərbə endirib. Şors küçəsində raket zərbəsinə məruz qalan onmərtəbəli binanın bir girişi tamamilə çöküb.
İlkin məlumata görə, 4 nəfər ölüb, 30 nəfər yaralanıb.
Dağıntılar altında qalanların olduğu istisna edilmir.
“112” Telegram kanalı dağıntılar altında 20 nəfərin qaldığının ehtimal olunduğunu yazıb.