Sankt-Peterburqun mərkəzində sərnişinlərlə dolu avtobus Moyka çayına düşüb. Bu barədə “Fontanka” hadisə şahidlərinə istinadən yazır.
Nəşrin məlumatına görə, avtobus iki avtomobilə çırpılıb, daha sonra hasardan keçərək suya düşüb.
Polis avtobusda təxminən 20 nəfərin olduğunu bildirib. Hazırda hadisə yerində xilasetmə əməliyyatı davam edir.
TASS üç nəfərin öldüyünü, beş nəfərin isə xəstəxanaya yerləşdirildiyini yazıb.
Avtobus sürücüsü saxlanılıb. Faktla bağlı ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozma maddəsi ilə cinayət işi başlanıb.