Bolqarıstan Prezidenti Azərbaycana gəlir - Birgə Bəyannamə imzalanacaq

Bolqarıstan Prezidenti Rumen Radev mayın 8-də Azərbaycan səfər edəcək.

Bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq səfərdə Bolqarıstan Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə energetika naziri, Bolqarıstan Parlamentində Bolqarıstan-Azərbaycan Dostluq Qrupunun sədri və biznes nümayəndələri daxildir:

“Prezident Rumen Radevin səfərinin gündəliyində olan məsələlər sırasında iqtisadiyyat, enerji, yüksək texnologiyalar, innovasiyalar, nəqliyyat və turizm də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və dərinləşdirilməsi olacaq”.

Səfər çərçivəsində Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair Birgə Bəyannamə imzalanacaq.

“Prezident Rumen Radev Bakıda Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək və Azərbaycanda idman sahəsində çalışan bolqar mütəxəssislərlə söhbət edəcək”, - Bolqarıstan Prezidentinin mətbuat xidmətindən bildirilib.

Bolqarıstan dövlət başçısını Azərbaycana səfəri zamanı xanımı Desislava Radeva müşayiət edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ