ABŞ səfiri Rusiyanı tərk edib

ABŞ səfiri Lin Treysi müəyyən müddətə Rusiyanı tərk edib. Bu barədə Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib. 

“Bəli, bildiyimizə görə, səfir Treysi Rusiyanı müəyyən müddətə tərk edib”, o, ABŞ diplomatik missiyasının rəhbərinin həqiqətən də hazırda Moskvada olmadığı sualına cavab verib.

Ryabkov Vladimir Putinin inaqurasiya mərasiminə qeyri-dost ölkələrin nümayəndələrinin dəvət olunmasını Moskvanın protokola riayət etməsinin “müəyyən siqnalı” adlandırıb.

Qeyd edək ki, dünən Fransa səfiri Pyer Levinin Putinin andiçmə mərasiminə qatılacağı haqqında məlumat yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ