Rusiya Qərb qoşunlarının Ukraynaya göndərilməsinə Vaşinqton, Paris və Londona nüvə zərbəsi ilə cavab verəcək. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, Qərb qoşunlarını Ukrayna ərazisinə göndərsə, bu birbaşa müharibəyə səbəb olacaq və Rusiya cavab vermək məcburiyyətində qalacaq.
Medvedev xəbərdarlıq edib ki, Qərb elitaları Kapitoli təpəsində, Yelisey sarayında və Dauninq-strit-10-da Rusiyanın cavabından gizlənə bilməyəcək.
“Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 il əvvəl başa düşə biliblər” - Medvedev vurğulayıb.
Xatırladaq ki, bundan bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.