Braziliyanın cənubu su altında qalıb. 55 nəfər ölüb - fotolent

Braziliyanın cənubunda yağan yağışlar son 80 ildə güclü daşqına səbəb olub. Təbii fəlakətdən ən çox zərər çəkən Rio Qrande-du-Sul əyalətinin rəsmiləri bildiriblər ki, daşqınlar nəticəsində 55 nəfər həlak olub, daha yeddi nəfərin ölümü ilə bağlı araşdırma aparılır. Ən azı 74 nəfər hələ də itkin sayılır. 25 minə yaxın yerli sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Yarım milyon insan isə elektrik və su təchizatından məhrum olub.

Rio Qrande-du-Sulun paytaxtı Portu-Aleqri aqlomerasiyasının bir hissəsi olan Kanoas bələdiyyəsində su altında qalmış ərazilərə mənzərə, 4 may
Isaac Fontana / EPA / Scanpix / LETA

Kanoas sakinləri helikopterlə təxliyə olunmaqlarını gözləyərirlər, 4 may

Isaac Fontana / EPA / Scanpix / LETA

Pilotsuz təyyarədən çəkilmiş foto mayın 3-də Lajeadu bələdiyyəsində baş verən daşqınların nəticələrini göstərir. Braziliyadakı məşhur Nyu-York Azadlıq Heykəlinin replikaları Havan mağazalar şəbəkəsinin qarşısında quraşdırılıb - onlardan yalnız biri kadra düşüb.
Jeff Botega / Agencia RBS / Reuters / Scanpix / LETA

Portu-Aleqri aqlomerasiyasına bitişik olan Prayya-de-Paketa şəhərində yol su altında qalıb, 3 may. Burada Jaqui çayı daşıb
Isaac Fontana / EPA / Scanpix / LETA

Portu-Aleqrinin mərkəzi də daşqından ciddi ziyan çəkib. Mayın 4-də çəkilmiş fotoda yerli sakinlərin kütləvi təxliyəsindən sonra boş qalan məhəllələr əks olunub
Renan Mattos / Reuters / Scanpix / LETA

Mayın 4-də Portu-Aleqridə çəkilən daha bir kadr
Ramiro Sanches / Getty Images

Mayın 4-də çəkilən bu fotoda Portu-Aleqrinin əsas memarlıq abidələrindən biri olan və Braziliya rəssamlarının böyük kolleksiyasının saxlanıldığı Riu-Qrande-du-Sul Dövlət İncəsənət Muzeyinin su basmış binasını göstərilir
Matheus Piccini / Getty Images

Portu-Aleqridə zərərçəkmiş daha bir tarixi yer - Mario Kintana adına Mədəniyyət Evidir. Əvvəlcə mehmanxana kimi tikilən bina daha sonra sərgilərin, filmlərin nümayişi və digər mədəni tədbirlərin keçirildiyi mühüm məkana çevrilib, 4 may
Matheus Piccini / Getty Images

Portu-Aleqrinin tarixi mərkəzinin su basmış küçələrinə mənzərə, 4 may
Anselmo Cunha / AFP / Scanpix / LETA

Kanoas sakini pişiyi xilas edir, 4 may
Carlos Macedo / AP / Scanpix / LETA

Braziliya Silahlı Qüvvələrinin (AF) hərbçisi Kanoas sakinini təxliyə etməyə kömək edir, 4 may
Carlos Macedo / AP / Scanpix / LETA

Portu-Aleqri sakinləri şəhərdə qayıqla üzürlər
Matheus Piccini / Getty Images

Enkantadu bələdiyyəsində daşqın nəticəsində avtomobillərə ziyan dəyib, 3 may
Dieqo Vara / Reuters / Scanpix / LETA

Prayya-de-Paketada Jakui çayında atlar 
Isaac Fontana / EPA / Scanpix / LETA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ