Ukrayna “Abrams” tanklarını cəbhə xəttindən yığışdırdı

Ukraynaya təhvil verilən ABŞ-ın “Abrams M1A1” tankları artıq döyüşlərdə iştirak etmir. “Associated Press” yazır ki, Ukrayna Silahlı Qüvvələrinin komandanlığı onları cəbhə xəttindən geri çağırıb.

İki amerikalı hərbi mənbənin agentliyə verdiyi məlumata görə, Rusiya pilotsuz təyyarələri səbəbindən bu tankların döyüş bölgəsində istifadəsi demək olar ki, mümkün deyil - PUA-lar zirehli texnikanın hərəkətini izləyir və onlara hücum edir.

Agentliyin həmsöhbətlərindən biri qeyd edib ki, “cəbhə xəttində elə bir açıq sahə yoxdur ki, oradan tankla rahat keçmək olsun”.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini admiral Kristofer Uotson Qredi bildirib ki, “Abrams” tanklarından “dəyişən şəraitdə” istifadə etmək yolunu tapmaq üçün birlikdə işləyirlər.

ABŞ 2023-cü ilin payızında Ukraynaya 31 “Abrams” tankı təhvil verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ