“Tavuşda “Azərbaycan” yazısı olan lövhələr görə bilərik - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistanın Tavuş vilayətində “Azərbaycan” yazısı olan lövhələr quraşdırıla bilər.

“Mən istisna etmirəm ki, Tavuşun bir tərəfində “Ermənistan”, digər tərəfində “Azərbaycan” yazısı olan lövhələr görəcəyik”, - Paşinyan bildirib.

Xatırladaq ki, Qazax rayonunun dörd kəndinin Azərbaycanda qaytarılması Ermənistan tərəfi ilə razılaşdırılıb.

Delimitasiya prosesinin ilkin mərhələsində Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri Azərbaycana qaytırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ