Rusiyanın Stavropol vilayətinin Krasnoqvardeyski rayonunda Tu-22M təyyarəsi qəzaya uğrayıb. Bu barədə vilayətin qubernatoru Vladimir Vladimirov Telegram kanalında məlumat verib.
“Təyyarə Krasnoqvardeyski rayonu ərazisindəki əkin sahəsinə düşüb. Dağıntı və tələfat yoxdur, pilotlar katapult ediblər”, - deyə rayon rəhbəri yazıb.
Onun sözlərinə görə, hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Qubernator təyyarə qəzasının səbəblərini açıqlamayıb.