Rəisi Putinə İsrailə endirilən zərbənin səbəbini açıqlayıb

İran prezidenti İbrahim Rəisi Rusiya lideri Vladimir Putinlə telefon danışığı zamanı İsrailə zərbənin məcburi xarakter daşıdığını deyib.

Bu barədə RİA Novosti məlumat yayıb.

“Öz növbəsində İbrahim Rəisi qeyd edib ki, İranın hərəkətləri məcburi və məhdud xarakter daşıyır. Eyni zamanda o, Tehranın gərginliyin daha da artmasında maraqlı olmadığını vurğulayıb”, - deyə danışıqlardan sonra verilən bəyanatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ