Sidneydə ayin zamanı keşişi bıçaqla vurdular - video

Sidneydə kilsədə dini mərasim zamanı naməlum şəxs bıçaqla keşişə hücum edib. Bu barədə “Sydney Morning Herald” yazır.

Polisin verdiyi açıqlamada bir neçə nəfərin həyati təhlükəsi olmayan xəsarətlər aldığı bildirilib. Hücum edən şəxs saxlanılıb.

Dini ayin sosial mediada canlı yayımlanıb və hücum anı videoya düşüb.

Mari Emmanuel adlı zərərçəkən keşişin Avstraliyada tanınmış bloqer olduğu qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ