İran parlamentində “qələbə”ni qeyd ediblər - video

İran Məclisi İsrailə qarşı keçirdikləri əməliyyatı uğurlu hesab edir.

“İran xalqının sionist düşmənin üzünə vurduğu sillə hər bir iranlının ürəyinə sevinc bəxş etdi. İranın sionist təcavüzünə cavab olaraq hərbi hərəkətləri BMT Nizamnaməsinə uyğun idi. Sionist rejim hər hansı bir tədbir görsə, İranın növbəti cavabı daha sərt olacaq. İranın intiqam zərbəsi sübut etdi ki, biz İmam Hüseyn (ə) ümmətiyik”, - deyə ölkə parlamentinin sədri bildirib Məhəmməd Qalibaf bildirib.

Deputatlar “İsrailə ölüm”, “İnqilabçı korpus, təşəkkür edirəm, təşəkkür edirəm” şüarları səsləndiriblər.

Xatırladaq ki, ötən gecə İran İsrailə ballistik raket və PUA-larla hücum edib. İsrail İrana məxsus pilotsuz təyyarələrin və raketlərin 99%-ni vurub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ