Sindeydə ticarət mərkəzində silahlı hücum olub. Beş nəfər ölüb - video

Sidneydə kişi bıçaqla ticarət mərkəzinə gələnlərə hücum edib. Bu barədə news.com.au məlumat yayıb.

Hadisə Bondi Jankşen rayonunda “Westfield Mall”da baş verib. Ticarət mərkəzinə gələnlər həmin şəxsin “böyük bıçaq”la insanlara hücum etdiyini bildiriblər.

Cinayətkarın əməli nəticəsində azı 5 nəfər ölüb. “Sydney Morning Herald” xəbər verir ki, daha 8 nəfər, o cümlədən biri uşaq xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib. Cinayətin motivləri hələlik bəlli deyil.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ