İnsan sümüklərindən narkotik. Kuş insanları necə zombiyə çevirir?

Syerra-Leonedə sintetik kannabinoidlərdən və insan sümüklərindən hazırlanan narkotik maddə olan kuşla bağlı fövqəladə vəziyyət elan edilib. Bu narkotik, hətta kasıb Afrika ölkəsinin standartlarına görə çox ucuzdur və qısa zamanda asılılıq yaradır. Kuş aludəçilərini Syerra-Leonenin paytaxtı Fritaunun küçələrində görmək olar. Onlar zombi kimi başlarını yana əyərək dairələrlə məqsədsiz şəkildə gəzirlər. Kuşdan istifadə edən insanların bir çoxunun infeksiyaya görə qolları və ayaqları şişib.

Syerra-Leone prezidenti kuşu ölkənin mövcudluğu üçün təhlükə adlandırıb

Syerra-Leone prezidenti Julius Maada Bio xalqa televiziya ilə müraciətində narkotik asılılığı səbəbindən ölkənin üzləşdiyi ekzistensial təhlükədən danışıb. Onun sözlərinə görə, küş böyük təhlükəsdir. Prezident bildirib ki, bu narkotikdən istifadə nəticəsində ölənlərin sayı sürətlə artır.

Syerra-Leonedə kuş istifadəçiləri arasında ölənlərin sayı ilə bağlı rəsmi statistika yoxdur. Fritaundan olan anonim həkim “BBC News” jurnalistinə bildirib ki, son aylarda şəhərdə narkotika aludəçiliklə bağlı yüzlərlə ölüm qeydə alınıb.

1865 insan bu narkotikdən istifadədən sonra Syerra-Leonedə ruhi xəstəxanaya yerləşdirilib

Ölkədə psixiatrik yardım göstərən yeganə tibb müəssisəsi Syerra-Leone psixiatrik xəstəxanasına yerləşdirilən kuş istifadəçilərinin sayı artır. Xəstəxana rəhbərliyi hesab edir ki, son zamanlar tibb müəssisəsinə yerləşdirilənlərin 63 faizi bu və ya digər şəkildə kuş narkotiki ilə bağlıdır.

Kadr: BBC News Africa / YouTube

Syerra-Leone prezidenti ölkənin hər bir rayonunda kuş istifadəçilərinin müalicə olunacağı reabilitasiya mərkəzinin yaradılmasını təklif edib. İlk belə mərkəz ilin əvvəlində Fritaundakı ordu təlim bazasında açıldı. Mütəxəssislərin onun effektivliyinə ciddi şübhələri var: oraya yerləşdirilən insanlar müalicə olunmurlar, onları sadəcə təcrid edirlər.

Kuşun təsiri altında insanlar bütün günlərini zombi kimi keçirirlər

Ölkə hakimiyyəti bildirir ki, kuş Syerra-Leonedə təxminən dörd il əvvəl yaradılıb. “Kuş tramadol kimi daha bahalı dərmanları əvəz edərək yeni kral oldu”, yerli arxiv işçisi Tayson Konte deyir. Onun sözlərinə görə, bu dərman əhalinin bütün təbəqələrini ələ keçirib. Həm kişilər, həm qadınlar, həm kasıblar, həm də zənginlər tərəfindən qəbul edilir. Konte etiraf edir ki, hətta tanışları arasında da kuşdan istifadə etməyən insanlar açıq-aşkar azlıq təşkil edir.

Kuşun qeyri-adi populyarlığı onun aşağı qiyməti ilə bağlıdır. Syerra-Leonenin Planlaşdırma və İqtisadi İnkişaf Naziri Kenye Barley qeyd edib ki, kuş bazarda ən əlçatan narkotikdir. Bir doza təxminən beş leoneyə başa gəlir, yəni cəmi iki qəpik. Kuşa aludə olan bir insana gün ərzində 40 dozaya qədər ehtiyac yaransa da, bu, hətta kasıb Afrika ölkəsi üçün də münasib xərcdir.

2 qəpik kuşun bir dozasına başa gəlir

Kuşun təsiri altında insanlar bir növ transa düşürlər: onlar real dünya ilə əlaqəni kəsirlər, lakin yuxuya getmirlər və hərəkətə davam edə bilərlər. Fritaunda kommunal işçisi Mohamed “Agence France-Presse”ə bildirib ki, doza maksimum bir saat davam edir. Sonra insan özünə gəlir,  yemək yeyir və növbəti dozanı qəbul edir. Günün çox hissəsi narkotik stuporunda keçir. Bu isə həmin şəxsə gündə 200 leona başa gəlir.

Kadr: BBC News Africa / YouTube

Kuşun təsiri altında insanlar özlərini idarə edə bilmirlər və başqalarına zərər verə bilirlər. “BBC News”un kuşla bağlı sənədli filmində narkoman adamın öz boğazını kəsməyə cəhd etməsinin görüntüləri göstərilir. Cinayət də artır: kuş almaq zərurəti insanları tez-tez oğurluğa və ya quldurluğa sövq edir. Bir çox narkoman sata biləcəkləri əşyalar tapmaq üçün zibilxanalar və kanalizasiyaları eşirlər.

Qəbiristanlıqlardan oğurlanan insan sümüklərindən hazırlanan toz kuşa əlavə edilir

Kuşun dəqiq tərkibini, ehtimal ki, onu hazırlayan insanlardan başqa heç kim bilmir - və resept tez-tez dəyişir. “Bu narkotik marixuanada tapılan təbii tetrahidrokannabinolun təkrarlanmasını təmin edən müxtəlif kimyəvi maddələr və bitkilərin qarışığıdır”, Syerra-Leone Milli Narkotiklərlə Mübarizə Agentliyinin rəhbəri Abdul Şeku Karqbo deyir.

Kuşun əsasını sintetik kannabinoidlər təşkil edir. Onun tərkibində həmçinin Çindən və digər Asiya ölkələrindən Syerra-Leoneyə gətirilən fentanil və tramadol opioidləri də ola bilər. Bəzi məlumatlara görə, kuşu aseton və ya formaldehid (ölüləri balzamlamaq və anatomik preparatları konservasiya etmək üçün istifadə olunur) ilə qarışdırırlar. Bu maddə müəyyən miqdarda halüsinasiyalar yarada bilər.

Bilirsiniz, bu, daim dəyişən bir fenomendir. Əvvəlcə dedilər ki, ora formalin qatılıb. Əlavə edilən sonuncu maddə insan sümükləri idi

Jusu Mattia
Syerra-Leonedən olan həkim

Kuşun tərkibində ən ekzotik inqredient insan sümükləridir. Fritaun həkimi Jusu Mattia hesab edir ki, narkotikin tərkibindəki kükürd insan sümüklərindən alınır. Digər versiyaya görə, mərhum sağlığında narkotikdən istifadə edibsə, onun qalıqlarında bu amddə saxlanıla bilərdi.

Mütəxəssislərə hər iki versiya inandırıcı gəlmir, lakin bu, problemi aradan qaldırmır. Fritaundakı qəbiristanlığın əməkdaşı Britaniyanın “Channel 4” telekanalının müxbirinə dağıdılmış bir neçə qəbir göstərib. Oğrular tabuta əl vurmayaraq yalnız insan qalıqlarını götürüblər. Qəbiristanlı əməkdaşı bildirib ki, ölkə üzrə yüzlərlə, bəlkə də, minlərlə belə dağıdılmış qəbir var.

Kadr: Channel 4 News / YouTube

Keçən avqustda yerli mətbuatda kuş üçün sümük axtarışında məzar qazan dörd nəfərin həbs olunduğu xəbəri yayılmışdı. Və bu il hakimiyyət daha da irəli getməli və qəbiristanlıqların təhlükəsizliyini gücləndirməli idi. Əks halda qəbirlərin talanını dayandırmaq mümkün deyildi.

Problem təkcə Syerra-Leoneyə deyil, həm də qonşu ölkələrə, xüsusən də Qvineya və Liberiyaya aiddir. Nigeriyalı sosioloq Feyi Oqunade orada vəziyyətin daha da mürəkkəb olduğunu istisna etmir, lakin bu, heç kim kuş qaçaqmalçılığına nəzarət etmədiyi üçün diqqətdən kənarda qalır. “Mən şübhələnirəm ki, səlahiyyətlilər tədbir görəməsə, tezliklə kuş digər ölkələrə yayılacaq”, o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ