İsrail ordusu və “Mossad” İran ərazisindən İsrailə zərbə endiriləcəyi təqdirdə cavab hücumu planını təsdiqləyib. Bu barədə “Ynet” portalı öz mənbələrinə istinadən xəbər verir.
Mənbələr İDF-nin “İran torpağında müvafiq şəkildə” cavab verəcəyini bildirib.
Qeyd olunur ki, son günlər İsrail və ABŞ silahlı qüvvələri arasında koordinasiya artıb.
Bundan əvvəl “The Wall Street Journal” İranın 24-48 saat ərzində İsrailə hücum edəcəyini yazıb. Nəşrin məlumatına görə, İran ordusu Qəzza yaxınlığında hücuma keçə və ya Qolan təpələrinə hücum edə bilər.