Ukraynanın “Tripolski” İES-i tamamilə dağıldı

Rusiya ordusunun kütləvi raket zərbələri nəticəsində Ukraynanın Kiyev yaxınlığındakı “Tripolski” İstilik Elektrik Stansiyası tamamilə dağılıb.

Bu haqda Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

“Cümə axşamı, aprelin 11-nə keçən gecə Kiyev vilayətindəki “Tripolski” İstilik Elektrik Stansiyası tamamilə dağılıb”, - deyə məlumatda qeyd olunub.

Energetika Nazirliyindən bildirilib ki, stansiyanın turbin sexində irimiqyaslı yanğın baş verib. Hazırda yanğının söndürülməsi üçün iş aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ