Ermənistan Rusiya telekanallarının yayımını tənzimləyən sazişi birtərəfli qaydada ləğv edə bilər.
Bunu respublikanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Ayrapetyan bildirib.
O qeyd edib ki, Ermənistan nümayəndə heyəti Moskvada Rusiya yayımı ilə bağlı məsləhətləşmələr aparıb, lakin konsensus əldə olunmayıb.
Nazirin sözlərinə görə, bunun nəticəsi olaraq rusiyalı aparıcı Vladimir Solovyovun verilişlərinin yayımı bloklanıb.