Moskva Bakı və İrəvana çağırış etdi

Moskva İrəvan və Bakını “maksimum təmkin nümayiş etdirməyə və hərbi ritorikanın intensivliyini azaltmağa” çağırır. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən deyib.

“Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik yolla həll edilməlidir”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, “bölgədə davamlı sülh və rifahın bərqərar olması üçün bütün lazımi mexanizmlər artıq mövcuddur və problemlər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər kompleksi vasitəsilə həll edilməlidir”.

Zaxarova bildirib ki, Rusiya “həmişə həll yollarının tapılmasında, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində tərəflərə kömək etməyə hazırdır”.

Rusiya XİN sözçüsü Qərbin Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı xəbərdarlıq da edib: 

“Qərbin regionda vəziyyəti destabilləşdirmək üçün çirkin oyunlar aparması ilə bağlı xəbərdarlıq edirik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ