Paşinyandan Ermənistanla bağlı tarixi - Etiraf

“Tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, əksinə çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və bir-birinə ciddi təhlükə yaradır”.

“Sputnik Ermənistan” xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə 2023-cü ilə dair hökumətin hesabatını təqdim edərkən deyib.

"Həm mən, həm də hökumət üzvləri çoxdan tarixi Ermənistanın psixologiyasının və ənənələrinin daşıyıcılarıyıq. Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir. Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ