Türkiyədə faciə: ölənlər var

Türkiyənin Niğde şəhərində yeraltı kartof anbarında çökmə olub.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb. Dağıntı altında qalan şəxslərin tapılıb-çıxarılması istiqamətində işlər aparılır.

Hadisənin səbəbi hələ ki məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ