Bayden Netanyahunu şantaj edib

ABŞ prezidenti Co Bayden telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahunu ölkəyə gələcək yardımla bağlı şantaj edib. Bu barədə “New York Times” (NYT) məlumat yayıb.

Yarım saatlıq söhbət zamanı ABŞ prezidenti Netanyahunu hədələyib ki, o, yalnız İsrailin Qəzza zolağında mülki insanlara münasibətini yaxşılaşdıracağı təqdirdə gələcək dəstəyi verə bilər.

“Bayden anklavdakı humanitar vəziyyəti qəbuledilməz adlandırıb və Netanyahudan [əhalini] qorumaq üçün qısa zamanda konkret tədbirlər görməsini tələb edib”, - nəşr yazır.

ABŞ prezidenti Netanyahunu HƏMAS ilə “dərhal atəşkəsə” və girovların azad edilməsinə səbəb olacaq saziş bağlamağa çağırıb. Ağ Ev bir neçə saat və ya gün ərzində baş nazirdən konkret addımlar gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ