Ermənistan yeni ağa axtarır: Paşinyan Brüsselə niyə gedir?

Aprelin 5-də Brüsseldə Ermənistan baş nazirinin Avropa Komissiyası və ABŞ nümayəndələri ilə görüşü baş tutacaq. Ursula fon der Leyen və Entoni Blinken Nikol Paşinyanla birgə əməkdaşlığı müzakirə edəcəklər.

Ermənistan hakimiyyəti bu görüşü çoxdan gözləyirdi. Ötən il oktyabrın 5-də Qranada görüşündən sonra Nikol Paşinyan və Ursula fon der Leyen Aİ-ABŞ-Ermənistan formatında birgə “tədbir” hazırladıqlarını elan ediblər və müxtəlif sahələrdə texniki əməkdaşlığın gücləndirilməsi ilə bağlı birgə bəyanat veriblər.

Dünən, aprelin 3-də, bir neçə böyük nəşr öz mənbələrinə, siyasətçilərə və Azərbaycan mətbuatına istinad edərək görüşün bəzi təfərrüatını açıqlayıblar.

Blinkenin görüşün müstəsna olaraq “iqtisadi xarakter daşıyacağı” ilə bağlı açıqlamalara baxmayaraq, görüş zamanı İrəvana Aİ və NATO-dan təhlükəsizlik zəmanəti vəd ediləcəyi, həmçinin ölkənin gələcəkdə Avropaya inteqrasiya kursu və Rusiyadan uzaqlaşması müzakirə ediləcəyi gözlənilir.

KİV-in məlumatına görə, “eksklüziv iqtisadi” danışıqlar fonunda NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərlik etdiyi “Ermənistanın Dostları Şəbəkəsi” nümayəndə qrupu hesabat yayıb. Sənəddə Brüsselə Rusiyanın 102-ci hərbi bazasının Ermənistandan çıxarılmasına nail olmaqla bağlı çağırış edilib.

Həmçinin, Aİ və NATO-nun Ermənistana mümkün hərbi yardımı məsləsi də gündəmdədir. Belə ki, aprelin 1-də ABŞ-dan təlimatçıları yerli silahlı qüvvələrin hazırlanması məqsədi ilə  Ermənistana gediblər. Gözlənilir ki, bağlanmış sazişlər Qərb ölkələrinin Ermənistan silahlı qüvvələrinin hərbi inkişafında iştirakını əhəmiyyətli dərəcədə genişləndirəcək, həmçinin Rusiyanı sıxışdırmağa davam edərək silah və hərbi texnika təchizatını artıracaq.

Bütün bunların fonunda Ermənistan hakimiyyətinin Qərb dövlətlərinin nümayəndələri ilə görüşünün Rusiya Xarici İşlər Nazirliyi və Rusiyanın digər dövlət spikerləri tərəfindən fəal şəkildə tənqid olunduğu açıq-aydın görünür, çünki Ermənistan hakimiyyətinin bu addımları Rusiya üçün bölgədə nüfuzunu əhəmiyyətli dərəcədə itirmək təhlükəsi yaradır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ