Rusiya tank alayı məhv edildi: Ukraynada tarixi döyüşün görüntüsü yayıldı - video

“DeepState” layihəsi Avdeyevka yaxınlığında Rusiyanın tank alayının məhv edilməsinin videosunu dərc edib.

Martın 30-da Rusiya müharibə başlayandan bəri Ukraynada ən böyük tank hücumunu həyata keçirməyə cəhd etdi, lakin məğlub oldu. Amerikalı hərbi analitik Devid Aks “Forbes” üçün məqaləsində RF qoşunlarının bu tank hücumunun təfərrüatını açıqlayıb.

Rusiya silahlı qüvvələri 36 tank və 12 piyada döyüş maşını vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin mövqelərini yarmağa çalışıb. Döyüş Tonenkoye yaşayış məntəqəsindən Umanskoye kəndinə gedən yolda baş tutub. Ukrayna ordusu daha əvvəl iri zirehli texnika kolonlarından ibarət Rusiya bölmələrinin yaxınlaşmasını aşkar ediblər. Döyüş zamanı Rusiya 12 tank və səkkiz piyada döyüş maşını itirib. Rusiya qoşunları geniş mina sahələrinin, həmçinin pilotsuz təyyarələrin və tank əleyhinə raket sistemlərinin qurbanı olublar.

Aks qeyd edib ki, döyüşlər Rusiya canlı qüvvəsi və zirehli texnikasının böyük itkisinə səbəb olub.

“Forbes” vurğulayır ki, əhəmiyyətli itkilərə baxmayaraq, Rusiya ordusu hələ də böyük zirehli birləşmələri səfərbər edə bilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ