Xamenei ivrit dilində İsraili hədələdi

İranın ali dini lideri Əli Xamenei İsrailə ivrit dilində müraciət edərək, Suriyanın paytaxtı Dəməşqdə İran səfirliyinə hücuma görə cavab veriləcəyini bildirib. Onun müraciəti X sosial şəbəkə səhifəsində dərc olunub.

“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşqdəki konsulluğuna hücuma görə peşman edəcəyik”, yazıda deyilir.

Bundan əvvəl “İsrailinfo” qəzeti İranın yaxın 48 saat ərzində İsrailə hücum etməyi planlaşdırdığını açıqlayıb. Nəşr bildirir ki, hücum İsrail hərbçilərinin İranın Suriyadakı konsulluğuna endirdiyi hava zərbəsinə cavab olaraq həyata keçiriləcək. ABŞ-ın hazırkı və keçmiş rəsmiləri regionda gərginləşəcəyindən ehtiyat edirlər.

Aprelin 1-də İsrail Hərbi Hava Qüvvələri (IAF) İranın Dəməşqdəki səfirliyinin yanındakı binaya zərbələr endirib. İranın “Tasnim” nəşrindəki mənbənin məlumatına görə, hücum nəticəsində 6 nəfər həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ