"Dostlarına sms yazıb ki, saat 2-də bizim bloka gəlin. Dostları da həmin vaxt Fərhadın yaşadığı mənzilin blokuna gəliblər. Qəfildən güllə səsi eşidilib. Mənzilə qalxıblar, Fərhadı əlində silah, qan içərisində görüblər. O, silahla ürəyindən özünü güllələmişdi”.
Buta.media xəbər verir ki, bu sözləri Criminal.az saytına Rusiyanın Moskva şəhərində intihar edən Fərhad adlı (soyadı məlum deyil) azərbaycanlı iş adamının yaxınları deyib. Fərhad uzun müddət idi Moskvada böyük biznesə sahib idi. Sonradan borca düşərək müflisləşib. Hətta iddialar var ki, 100 milyon rus rublu məbləğində faiz borcu yaranıb.
Onun özünə qəsd etməsi də məhz borc məsələsinə görə olduğu iddia olunur. Bir neçə dəfə dostlarının yanında problemlərdən bezdiyini deyibmiş.
Əslən Şamaxı rayonundan olan iş adamının bir azyaşlı oğlu var idi.