İstanbulda gecə klubunda yanğın: 10 nəfər ölüb - video

Türkiyənin İstanbul şəhərində 16 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən gecə klubunda güclü yanğın olub.

Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Qeyd olunur ki, yaralılardan yeddisinin vəziyyəti ağırdır.

İki saata yaxın davam edən yanğının söndürülməsinə 80-ə yaxın yanğınsöndürən və 30-a yaxın texnika cəlb olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ