“Krokus”un sahiblərinə qarşı cinayət işinin açılması tələb olunur

“Krokus Siti Holl”da baş vermiş terror aktının 11 qurbanının maraqlarını təmsil edən vəkil İqor Trunov Rusiya Federasiyasının İstintaq Komitəsinə ərizə ilə müraciət edərək “Krokus”un sahiblərinə qarşı təhlükəizlik xidmətlərinin düzgün göstərilməməsi ilə bağlı görə cinayət işinin açılmasını tələb edib. Bu barədə Rusiya mətbuatı Trunova istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ərizə 11 qurbanın adından təqdim edilib. Onların arasında terror aktı günü “Krokus”da “Piknik” qrupunun konsertini çəkməli olan çəkiliş qrupunun rəhbəri İvan Pomorin, həmçinin terror aktında ölənlərin qohumları da var.

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikinə ünvanlanan bəyanatda deyilir ki, “Krokus”un sahibləri obyektin yanğından mühafizəsi ilə lazımi səviyyədə məşğul olmaya bilərlər. Sənəddə bildirilir ki, konsert zalındakı səhnə pərdəsi “bir neçə saniyə ərzində” yanıb, bu, müdafiə tərəfinin fikrincə, yanğın təhlükəsizliyi standartlarının pozulmasını göstərə bilər: pərdə yanğına davamlı parçadan hazırlanmalı və xüsusi materialla örtülməlidir. 

“Yanğın başlayandan bir neçə saniyə sonra zaldakı oturacaqlar yandılar, halbuki, onlar yanğına qarşı davamlı materiallardan hazırlanmalırlar”, - məlumatda deyilir. Sənəddə həmçinin iddia yanğından sonra ventilyasiya lyuklarını və pəncərələri açmağı nəzərdə tutan tüstüdən təmizləmə sistemi “işləmirdi”.

Trunov əlavə edib ki, şahid ifadələrinə görə, terror aktı və evakuasiya zamanı əksər qəza çıxışları bağlı olub.

“Krokus Siti Holl”da baş verən terror aktı zamanı terrorçular qablaşdırılmış benzini yerə tökərək yanğın törədiblər. İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin bildirib ki, yanğın təhlükəsizliyi tələblərinin mümkün pozulması istintaqın vektorlarından biri olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ