PUA-lar Tatarıstana hücum etdi. Xəsarət alanlar var - video

Tatarıstanın Yelabuqa və Nijnekamsk şəhərlərində pilotsuz təyyarələr müəssisələrə hücum edib. TASS bu barədə region rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilir ki, bir neçə nəfər xəsarət alıb, lakin ciddi dağıntı yoxdur.

Yelabuqada 2022-ci ildə xüsusi iqtisadi zonanın əməkdaşları və yerli “Alabuga Polytech” kollecinin tələbələri üçün tikilmiş yataqxanalar kompleksi zədələnib.

“RBK Ukrayna” xüsusi xidmət orqanlarındakı mənbəyə istinadən yazır ki, Tatarıstandakı müəssisələrə hücum Ukrayna kəşfiyyatının əməliyyatı olub. Rəsmi olaraq, Ukrayna hakimiyyəti Tatarıstana zərbələrin endirilməsi, eləcə də Rusiya Federasiyası ərazisindəki obyektlərə digər oxşar hücumları şərh etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ