Britaniya kral eksperti Mark Roş məlumatlı mənbəyə istinadən bildirib ki, Uels şahzadəsi Keyt Middltona yoğun bağırsaq xərçəngi diaqnozu qoyulub.
O qeyd edib ki, şahzadə əməliyyat olunub. Middlton hazırda kimya terapiyası keçir.
Yaxınları bildiriblər ki, ağır xəstəliyi səbəbindən Keyt tez yorulur. Əri şahzadə Uilyam isə uşaqlara baxır. Uşaqlar analarının ağır xəstə olduğunu bilirlər.