Ukrayna prezidenti Vladimir Zelenski Sergey Şefirin dövlət başçısının birinci köməkçisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Sənəd Ukrayna prezidentinin saytında dərc olunub.
Şefir 2019-cu ildən Prezidentin birinci köməkçisi vəzifəsində çalışırdı. O, Zelenski ilə birlikdə “Zaporojye - Krivoy Roq - Transit” KVN komandasında oynayıb və “Kvartal 95” studiyasında işləyib. Sergey Şefiri Ukrayna prezidentinin ən yaxın adamlarından biri adlandırırdılar.
Zelenski həmçinin prezidentin üç ştatdankənar müşavirini - Mixail Radutski, Sergey Trofimov və Oleq Ustenkonu işdən çıxarıb.
Bundan başqa, Ukrayna prezidentinin hərbçilərin hüquqlarının təmin edilməsi üzrə müvəkkili Alena Verbitskaya və könüllülərin fəaliyyəti üzrə müvəkkili Natalya Puşkareva da vəzifələrindən azad ediliblər.
İstefaların səbəbləri açıqlanmır.
Martın 29-da Zelenski Prezident Aparatı rəhbərinin müavinləri Andrey Smirnov və Aleksey Dneprovu işdən çıxarıb. Bundan bir qədər əvvəl Ukrayna prezidenti Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib. Danilov Ukraynanın Moldovadakı səfiri olacaq.