Ukrayna Hindistana “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib

Ukrayna Hindistana “qırmızı xətləri” keçməmək barədə xəbərdarlıq edib.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitro Kuleba danışıb.

Onun sözlərinə görə, rəsmi Kiyevin vəzifəsi Yeni Dehliyə sadə mesaj çatdırmaqdır: "Rusiya ilə hərbi əməkdaşlıq etmək Ukrayna üçün “qırmızı xət”dir".

D.Kuleba bildirib ki, Hindistan və Rusiya arasında əməkdaşlıq daha çox sovet mirasına əsaslanır: "Ukrayna Hindistanla əlaqələri gücləndirmək niyyətindədir. Hər iki ölkə ticarət və texnoloji əlaqələrin genişləndirilməsindən fayda görəcək. Biz Hindistanın istehsal etdiyi ağır texnikanın bir hissəsini idxal etməkdə maraqlıyıq".

Nazir Hindistanı Ukraynanın müharibədən sonrakı bərpasında iştiraka dəvət edib: "Müharibədən sonra Ukrayna dünyanın ən böyük tikinti layihələrindən birinə çevriləcək. Ukrayna Hindistan biznesinin bu işdə iştirakını istəyir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ