Azərbaycanla sülh sazişinin prinsipləri razılaşdırılıb - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Paşinyan Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması məsələsinə toxunub və 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş zamanı verilən bəyanatda müqavilənin prinsiplərinin razılaşdırıldığını vurğulayıb.

Tərəflər görüş zamanı, həmçinin, Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ