Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyasının (KTMT PA) “Krokus Siti Holl”da törədilən terror aktını pisləyən bəyanatına qoşulmayıb.
Bu barədə Ermənistan parlament sədrinin mətbuat katibi Nelli Qulyan məlumat verib.
“Ölkənin təşkilatda iştirakının dondurulması səbəbindən təklif rədd edildi”, deyə o bildirib.