Moskva vilayətində polis miqrantlara qarşı reyd keçirir. “Wildberries” anbarında işçilərin miqrasiya qanunlarına uyğun işləmələri yoxlanılır.
Kişilərin sənədləri, o cümlədən hərbi biletləri yoxlanılır. Reydlərdə təhlükəsizlik qüvvələri ilə yanaşı, hərbi komissarlıq əməkdaşları da iştirak edir.
Hadisə şahidlərinin sözlərinə görə, artıq onlarla saxlanılan şəxs var. Hərbi komissarlığa getməkdən imtina edənləri döyürlər.