İrəvanda silahlı şəxslər polis bölməsinə hücum etdi

İrəvanda silahlı şəxslər polis idarəsinin binasına hücum ediblər.

Bundan əvvəl Nor-Nork rayonundakı binanın yaxınlığında qumbara partladılıb.

Məlumata görə, partlayış nəticəsində yaralananlar var.

Bir sıra məlumatlara görə, fövqəladə vəziyyətə az qalmış “Döyüş Qardaşlığı” təşkilatının üzvləri polis idarəsi yaxınlığında toplaşaraq tərəfdarlarının azad edilməsini tələb ediblər.

Qeyd edək ki, dünən polis “Döyüş Qardaşlığı” təşkilatından 69 nəfəri saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ