Terrorçuların “Crocus City Hall”dan qaçma anı yayılıb - video

Terrorçuların “Crocus City Hall”dan qaçma anını əks etdirən yeni görüntülər yayılıb.

Məlumata görə, silahlılar yerli vaxtla saat 19:57-də avtomobili binanın yaxınlığında saxlayıblar.

Təxminən 15 dəqiqədən sonra onlar küçəyə qaçaraq maşına əyləşib, Bryansk rayonuna tərəf yollanıblar.

Videomüşahidə mütəxəssisləri ağ rəngli “Renault”nun marşrutunu tez bir zamanda bərpa edib, terrorçuları saxlamağa kömək ediblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ