“Crocus City Hall”un konsert zalı yenidən fəaliyyət göstərəcək.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, “Crocus City Hall”un sahibi olan “Crocus International” şirkəti konsert zalını yenidən bərpa edəcək.
Xatırladaq ki, konsert zalının sahəsinin 38 min kvadratmetr olduğunu nəzərə alsaq, zərərin miqdarı 9,5 - 11,4 milyard rubl (175 750 000 – 210 900 000 AZN) arasında qiymətləndirilə bilər.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 152 nəfər yaralanıb.